“Real”ın gücü nədədir? - Zidan açıqladı
"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının
yarımfinalında "Atletiko” ilə keçirilən ilk oyundan (3:0) sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər verir ki, Zidan "Real”ın gücünün onun oyun fəlsəfəsində
olduğunu deyib. O, ilk hissədə texnikalı, ikinci yarıda isə effektli futbol
oynadıqlarını vurğulayıb:
"Real”ın gücü onun oyun fəlsəfəsindədir. Biz həqiqətən də baxımlı
futbol oynamağa çalışırıq. Çünki səviyyəli futbolçulara sahibik. Üstəlik,
səbirlə oynadıqda, istənilən rəqibə başağrısı yaratmağa qadirik.
İlk hissədə ritmi, yaradılan qol vəziyyətlərini, futbolçularımızın
göstərdiyi texnikanı nəzərə alsaq, əla futbol sərgilədiyimizi deməliyəm. Amma
ikinci hissədə o qədər də çox qol vəziyyəti yaratmasaq da, olduqca effektli
oyun sayəsində 2 qol vurduq”.
Bu komandalar arasında cavab qarşılaşması mayın 10-da keçiriləcək.