• çərşənbə, 24 Aprel, 10:20
  • Baku Bakı 13°C

“Real”ın futbolçuları: “Pike, axmaq, çempionu təbrik et”

22.05.17 15:35 1000
“Real”ın futbolçuları: “Pike, axmaq, çempionu təbrik et”
İspaniya çempionatının son turunda "Malaqa”ya qalib gələrək çempion olan (2:0) "Real”ın futbolçuları oyundan dərhal sonra Madridin Plasa Sibelas meydanına gediblər.
Kaspi.az xəbər verir ki, "Real” çempionluğu həmişə bu meydanda bayram edir. "Real”ın futbolçuları və məşqçilər korpusu mahnı oxuyublar, şüarlar səsləndiriblər.
Onlar əzəli düşmənlər - "Barselona” və "Atletiko”nu da unutmayıblar, bu komandalara qarşı şüarlar səsləndiriblər. Təbii ki, daim "Real”ı "sancan” "Barselona”nın futbolçusu Xerard Pike də yaddan çıxmayıb.
"Real”ın futbolçuları xorla "Pike, axmaq, çempionu təbrik et” şüarını səsləndiriblər.
banner

Oxşar Xəbərlər