• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

“Real”dan yaxşı münasibətə görə qovulub, “Bavariya”dan isə...

08.10.17 13:00 1639
“Real”dan yaxşı münasibətə görə qovulub, “Bavariya”dan isə...
Karlo Ançelotti "Bavariya”dan qovulmasına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Ançelotti istefasına ironik münasibət sərgiləyib. O, "Bavariya”dan qovulmasını "Real”dan istefaya göndərilməsi ilə müqayisə edib:
"İşimə yanaşmamın yaxşı olub-olmadığını bilmirəm. "Real”dan qovulanda, rəhbərlik mənə dedi ki, futbolçularla olduqca yaxın münasibətin var.
"Bavariya”dan isə ona görə qovuldum ki, guya futbolçularla münasibətim pis olub. Mən sadəcə, insanlar arasında normal münasibətin qurulmasına cəhd göstərmişəm”.
"Bavariya” son 72 ildə ilk dəfə olaraq mövsümün startında baş məşqçini dəyişib. Ançelotti bildirib ki, yaxın 10 ay ərzində heç bir klubda işləməyəcək.
banner

Oxşar Xəbərlər