• cümə, 29 Mart, 12:14
  • Baku Bakı 14°C

“Real”dan hər il təklif alıb, amma “yox” deyib

24.01.20 14:27 1473
“Real”dan hər il təklif alıb, amma “yox” deyib
"Mançester Siti”nin futbolçusu David Silva "Real”dan dəfələrlə təklif alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, hələ doğma şəhərinin uşaq komandasında çıxış edərkən "kral klubu”ndan dəvətə alıb. Amma atası doğma evi tərk etməyə ona icazə verməyib:
"Real” mənə hər il təklif göndərirdi, amma "yox” cavabı verirdim. Mən doğma şəhərimin komandasında oynayırdım. 14 yaşım tamam olana qədər atam evimizi tərk etməyə icazə vermədi”.
Həmin vaxt Davidin ailəsi Kanar adalrında yaşayıb. 34 yaşlı Silva "Valensiya”nın yetirməsi sayılır. O, 2010-cu ildən "Siti”də çıxış edir.
banner

Oxşar Xəbərlər