AZE | RUS | ENG |

“Real”dakı durumundan narazıdır

“Real”dakı durumundan narazıdır
Qaret Beyli "Real”dakı durumu qane etmir. 
 
Kaspi.az xəbər verir ki, bu barədə Beylin agenti Conatan Barnnett danışıb. O, uelsli futbolçunun gələcək karyerası ilə bağlı da müəyyən işarə verib: 
 
"Hesab edirəm ki, biz "Real”la danışıb, müəyyən bir qərara gələ biləcəyik. Məncə, Beyl dünyanın 3-4 ən yaxşı futbolçusundan biridir. Belə futbolçu mütləq oynamalıdır. Burda puldan söhbət gedə bilməz. 
 
O, "Qızıl top”u almaq istəyir. Bu mükafatı qazanmağa onun bacarığı yetər. Beyl Britaniya tarixinin ən yaxşı legioner futbolçusudur. Çempionlar Liqasının finalında vurduğu qol ona marağı artırıb. Ancaq biz onsuz da Beylin nəyə qadir olduğunu bildirdik. Onun nəyi isə sübut etməsinə ehtiyac yoxdur. 
 
İspaniya onun xoşuna gəlir. Beylin 3 övladı var. Onlar bu ölkədə xoşbəxtdirlər. Amma baxarıq: Beyl futbol oynamalıdır. Bir "Arsenal” azarkeşi kimi, mən istəyərəm ki, Beyl sevimli komandamda oynasın. Ancaq bu şans mənim Aya uça bilmək şansım qədərdi”.
 
Beyllə "Mançester Yunayted” və "Çelsi” maraqlanır.  
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000