“Real“a çox ağır zərbə dəydi

“Real“a çox ağır zərbə dəydi

İdman
03 Aprel 2013, 13:45 1149
İspaniyanın "Real" (Madrid) klubu Çempionlar Liqasında "Qalatasaray"la qarşılaşmadan əvvəl ağır zərbə alıb

Avropa Komissiyası xüsusi qərar verərək "kral klubu"nu maliyyə fırıldaqlarında şübhəli bilib və araşdırmalara başlayıb.

Milli.Az El Mundo Deportivo-ya istinadə bildirib ki, Avropa Komissiyasının azad rəqabətin təminatına dəstək qrupu idman klublarına dövlət büdcəsindən gizli maliyyə yardımları ilə bağlı araşdırmalar aparmağa başlayıb.

Qrup iddia edir ki, "Real" da belə yardımlar alaraq rəqibləri ilə müqayisədə daha rahat maliyyə şərtlərinə yiyələnib və qeyri-qanuni gəlir əldə edib.

The İndependent-in məlumatına görə, Madrid bələdiyyəsi 1998-ci ildə "Real" klubuna Las Tablas adlı məkanı 421 min avroya satıb. 2011-ci ildə isə bələdiyyə həmin ərazini 22,7 milyon avroya satın alıb.

Bu da azmış kimi, bələdiyyə aldığı ərazinin pulunu "Real"a nağd ödəmək əvəzinə kluba "Santyaqo Bernabeu" stadionun ətrafında geniş əraziləri verib. "Real" klubu da həmin ərazilərdə otellər və ticarət mərkəzləri tikməyə başlayıb. Və ən nəhayət, "Real" bu müqavilə şərtlərinə uyğun olaraq "Santyaqo Bernabeu"nun üzərini örtmək icazəsi də alıb.