• cümə, 19 Aprel, 07:16
  • Baku Bakı 13°C

“Real” təklif göndərdi, Benzema da onunla şəkil çəkdirdi

21.06.19 12:24 720
“Real” təklif göndərdi, Benzema da onunla şəkil çəkdirdi
PSJ-nin futbolçusu Neymarla bağlı təzadlı xəbərlər yayılır.
Kaspi.az xəbər verir ki, bir neçə gün əvvəl Neymarın "Barselona”ya qayıtmaq istədiyi bildirilmişdi. Daha sonra isə onunla "Real”ın maraqlandığı barədə xəbər yayıldı.
Hətta "kral klubu”nun braziliyalı futbolçu üçün PSJ-yə təklif də göndərdiyi deyilir. "Real” Neymara görə 130 milyon avro, üstəlik, Xames Rodrigesi və ya Qaret Beyli verməyə razıdır.
Bu xəbərlər yayılandan sonra "Real”ın futbolçusu Benzemanın "instaqram”da paylaşdığı şəkil söz-söhbəti daha da qızışdırıb. Benzema Neymarla çəkdirdiyi şəkli paylaşıb.
Bir çoxları iddia edir ki, Benzema Neymarın "Real”a keçəcəyinə əmin olduğu üçün bu şəkli paylaşıb.
banner

Oxşar Xəbərlər