• cümə axşamı, 18 aprel, 16:48
  • Baku Bakı 22°C

“Real” qalib oldu, qar “Qalatasaray” oyununu yarımçıq qoydu

11.12.13 08:14 1209
“Real” qalib oldu, qar “Qalatasaray” oyununu yarımçıq qoydu
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu – VI tur start götürüb. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında qərarlaşan kollektivlər münasibətlərinə aydınlıq gətiriblər.
Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən İstanbulda baş tutmalı idi. Lakin Türkiyənin “Qalatasaray” klubu ilə İtaliya təmsilçisi “Yuventus”un dueli təxirə salınıb. Güclü qar səbəbi ilə matç 30-cu dəqiqədə dayandırılıb.
Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Real” isə səfərdə “Kopenhagen”i sınağa çəkib. Bu matç Madrid klubu üçün nəticə baxımından ciddi önəm daşmadığı halda, danimarkalıların avrokubokda yollarına davam etmək imkanları vardı. Lakin “Kral klub”u “Kopenhagen”nin arzusunu ürəyində qoyub.
Qeyd edək ki, bu gün E, F, G və H qruplarında keçiriləcək qarşılaşmalardan sonra ÇL-də qrup mərhələsinə yekun vurulacaq.
Çempionlar Liqası
VI tur
10 dekabr
A qrupu
"Real Sosyedad" (İspaniya) - "Bayer" (Almaniya) - 0:1
QOL: Ömər Toprak, 49
"Mançester Yunayted" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) - 1:0
QOL: F. Cons, 67
1 Mançester Y 6 4 2 0 12 - 3 14
2 Bayer 6 3 1 2 9 - 10 10
3 Şaxtyor 6 2 2 2 7 - 6 8
4 Real Sosyedad 6 0 1 5 1 - 10 1
B qrupu
“Qalatasaray” (Türkiyə) - “Yuventus” (İtaliya) - 0:0 (Təxirə salınıb)
“Kopenhagen” (Danimarka) - “Real” (İspaniya) - 0:2
QOL: Modriç, 25, Ronaldo, 48
1 Real M 6 5 1 0 20 - 5 16
2 Yuventus 5 1 3 1 9 - 8 6
3 Qalatasaray 5 1 1 3 7 - 14 4
4 Kopenhagen 6 1 1 4 4 - 13 4
C qrupu
“Benfika” (Portuqaliya) - PSJ (Fransa) - 2:1
QOL: Lima, 45 (pen.), Qaytan, 58 - Kavani, 37
“Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika) - 3:1
QOL: Savyola, 34, 58, Dominqez, 90 (pen) - Klyestan, 39
Qırmızı vərəqə: Kouyate, 49, N’Sakala, 88, Proto, 90 (Anderlext)
1 PSJ 6 4 1 1 16 - 5 13
2 Olimpiakos 6 3 1 2 10 - 8 10
3 Benfika 6 3 1 2 8 - 8 10
4 Anderlext 6 0 1 5 4 - 17 1
D qrupu
“Bavariya” (Almaniya) - “Mançester Siti” (İngiltərə) - 2:3
QOL: T. Müller, 5, Qötze, 12 - Silva, 28, Kolarov, 59 (pen), Milner, 62
"Viktoriya" (Çexiya) - MOİK (Rusiya) - 2:1
QOL: D. Kolar, 77, Vaqner, 90 - Musa, 65
Qırmızı vərəqə: Alan Caqoyev, 67, P. Vernblum, 90 (MOİK)
1 Bavariya 6 5 0 1 17 - 5 15
2 Mançester Siti 6 5 0 1 18 - 10 15
3 Viktoriya 6 1 0 5 6 - 17 3
4 MOİK 6 1 0 5 8 - 17 3
banner

Oxşar Xəbərlər