“Real” oğula görə, atasına 3,3 milyon avro verib

“Real” oğula görə, atasına 3,3 milyon avro verib

İdman
10 Sentyabr 2019, 13:30 206
"Football Leaks” Martin Edeqorun "Real”a transferi ilə bağlı maraqlı məlumat yayıb. 
 
Kaspi.az xəbər verir ki, futbolçunun atası Hans Erik Edeqor oğlunun transferi müqabilində "Real”ın gənclər komandasında iş alıb. 
 
O, "kral klubu”nun U-11 komandasına məşqçi təyin edilib. Özü də digər həmkarlarından qat-qat artıq məvacib alıb. Onun illik qazancı 100 min avro olub. Digər məşqçilərdə isə bu göstərici 12 min avronu keçməyib.  
 
Bonuslar da nəzərə alınsa, ata Edeqor 3,5 ildə "Real”da 3,3 milyon avro qazanıb. O da bildirilir ki, ata Edeqor "Real”da iş alarkən ispan dilini bilmirmiş. 
 
Hazırda Martin Edeqor icarə əsasında "Real Sosyedad”da çıxış edir.