• cümə axşamı, 28 mart, 15:30
  • Baku Bakı 16°C

“Real” onu almaqla “Barsa”ya cavab vermək istəyir

10.01.18 11:20 747
“Real” onu almaqla “Barsa”ya cavab vermək istəyir
"Barselona” Koutinyonu aldıqdan sonra "Real” da transfer bazarında fəallaşıb.
Kaspi.az xəbər verir ki, "kral klubu” "Barselona”ya cavab vermək niyyətindədir. Maraqlıdı ki, madridlilər bu cavabı "Liverpul”un futbolçusunu transfer etməklə vermək istəyirlər.
"Real” "Liverpul”un futbolçusu Məhəmməd Salahla maraqlanır. Məlumata görə, klub rəhbərliyi misirlinin transferinin detallarını öyrənmək üçün fəaliyyətə başlayıb.
Salah "Liverpul”a 2017-ci ilin yayında 42 milyon avroya keçib. Məhəmməd bu mövsüm Premyer Liqada keçirdiyi 21 oyunda 17 qol vurub, 5 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər