• çərşənbə axşamı, 23 aprel, 21:59
  • Baku Bakı 20°C

“Real” onu almaq üçün iki dəfə cəhd edib, amma...

01.08.19 12:37 9725
“Real” onu almaq üçün iki dəfə cəhd edib, amma...
"Barselona”nın sabiq kapitanı Karles Puyol "Real”da da oynamaq şansı əldə edib.
Kaspi.az xəbər verir ki, "kral klubu” Puyolu heyətə cəlb etməyə cəhd göstərib. Ancaq Puyol bu təklifləri qəbul etməyib. Bu barədə o, özü məlumat verib:
"Real” Kamaçonu baş məşqçi təyin etdikdən sonra məni və Ronaldinyonu transfer etmək istəyirdi. Onlar məni iki dəfə heyətə cəlb etməyə cəhd göstərdilər.
Ancaq bu təkliflərdə n imtina etdim. Çünki mən dünyanın ən yaxşı klubunda idim. Və istəyirdim ki, "Barselona” ilə daha çox titul qazanım”.
Puyol bütün peşəkar karyerası ərzində "Barselona”da oynayıb. O, bu klubda 1999-2014-cü illərdə çıxış edib. O, "Barsa”da 3 dəfə Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər