• cümə axşamı, 28 mart, 21:52
  • Baku Bakı 13°C

“Real” ona 10 nömrəli forma göndəribmiş

19.09.18 12:45 630
“Real” ona 10 nömrəli forma göndəribmiş
"Roma”nın sabiq futbolçusu Françesko Totti "Real”ın ona göstərdiyi maraqdan danışıb.
Kaspi.az xəbər verir ki, Totti "Real”ın onu transfer etmək üçün xeyli cəhd göstərdiyini bildirib. Madrid klubu ona 10 nömrəli forma da göndəribmiş:
"2004-2005-ci illərdə "Real” məni transfer etmək üçün çox səy göstərdi. Onlar mənə üzərində Totti yazılmış 10 nömrəli forma da göndərmişdilər.
Florentino Peresin mütəmadi olaraq mənə zəng etdiyini iddia etməyəcəyəm. Ancaq onun adamları həmişə mənimlə əlaqə qurmağa çalışırdılar.
Həmin vaxt hansı qərar verəcəyimi bilmirdim. Fikirləşə-fikirləşə qalmışdım. Sonda isə sevgi qalib gəldi. Mənim "Roma”ya, klubun fanatlarına, şəhərə olan sevgim”.
Totti "Roma”nın şərəfini 1992-2017-ci illərdə qoruyub.
banner

Oxşar Xəbərlər