“Real” o qədər də böyük klub deyil - Mourinyo Özilə deyib
"Arsenal”ın futbolçusu Məsut Özil avtobioqrafik kitabında maraqlı
məqamlara toxunub.
Kaspi.az xəbər verir ki, Özil Joze Mourinyo ilə münasibətlərini də
qələmə alıb. O, "Real”da çıxış edərkən Mourinyonun onu necə motivasiya etdiyini
belə şərh edib:
"Özüm özümdən soruşurdum ki, doğurdanmı bu klub mənə uyğundur? Həmin
ərəfədə Mourinyo mənə belə motivasiya verdi: "Səylə məşq et, sonra da meydana
çıx və oyna. Əgər ən yaxşı olmaq istəyirsənsə, mən səni ən yaxşı edəcəyəm.
"Real” o qədər də böyük klub deyil. "Real” sənə uyğun klubdur, inan
mənə. Sən nəyə qadir olduğunu bütün dünyaya göstərə bilərsən. Mənə inan, sən
çox şeyə qadirsən””.
Məsut Özil "Real”da 2010-2013-cü illərdə çıxış edib. O, 159 oyunda 27
qol vurub, 81 qol ötürməsi edib.