• cümə, 19 Aprel, 17:19
  • Baku Bakı 25°C

“Real Madrid” “Selta Viqo”nu darmadağın edib

13.05.18 09:10 763
“Real Madrid” “Selta Viqo”nu darmadağın edib
Madridin "Real” klubu futbol üzrə İspaniya çempionatının 37-ci turunda "Selta Viqo”nu böyük hesabla məğlub edib.
AZƏRTACxəbər verir ki, şənbə günü Madriddə keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları rəqib qapısından Qaret Beyl (13-cü və 30-cu dəqiqələr), İsko (32-ci dəqiqə), Əşrəf Hakimi (52-ci dəqiqə), Serxi Qomes (74-cü dəqiqə, penalti) və Toni Kross (81-ci dəqiqə) keçiriblər.
Beləliklə, çempionatın sonuna bir tur qalmış 75 xal toplayan "Real” turnir cədvəlində üçüncü yeri təmin edib. "Barselona” 90 xalla birinci (36 oyun), Madridin "Atletiko” komandası isə 78 xalla ikinci yerdədir.
banner

Oxşar Xəbərlər