• cümə, 19 Aprel, 06:03
  • Baku Bakı 13°C

“Real Madrid” 100 milyon avroluq futbolçusunu təqdim etdi

02.09.13 16:36 1188
“Real Madrid” 100 milyon avroluq futbolçusunu təqdim etdi
İspaniyanın “Real Madrid” futbol klubu yeni transferi Qaret Beyli ictimaiyyətə təqdim edib. Lent.az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş mərasimə 20 mindən çox insan qatılıb.
24 yaşlı sol cinah yarımmüdafiəçisi İngiltərə “Tottenhem”indən 100 milyon avroya alınıb. Bununla da Beyl dünyanın ən bahalı futbolçusuna çevrilib. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək. Əvvəlki rekord 2009-cu ildə İngiltərə “Mançester Yunayted”indən elə “Real Madrid”ə 94 milyon avroya keçmiş Kriştianu Ronalduya məxsus olub.
Qeyd edək ki, Qaret Beyl 2012-2013-cü il mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu sayılıb. Uelsli yarımmüdafiəçi “Tottenhem”in heyətində ümumilikdə 203 oyuna 56 qol vurub və 58 məhsuldar ötürmə verib.
banner

Oxşar Xəbərlər