• çərşənbə, 24 Aprel, 13:03
  • Baku Bakı 27°C

“Real” imtina etdi - “Arsenal” və “İnter”in təklifindən

08.06.17 14:15 1021
“Real” imtina etdi - “Arsenal” və “İnter”in təklifindən
"Arsenal” və "İnter” Xames Rodrigeslə bağlı "Real”a rəsmi təkliflə müraciət edib.
Kaspi.az xəbər verir ki, "kral klubu” hər iki təklifə "yox” cavabı verib. "Real” Xames üçün 80 milyon avro tələb edir. Məlumata görə, "Arsenal” və "İnter”in təklif etdiyi məbləğ aşağı olduğu üçün "Real” bununla razılaşmayıb.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, kolumbiyalı futbolçu agentindən yeni klub tapmağı tələb edib. Onun "Real”ın baş məşqçisi Zinəddin Zidanla münasibətləri gərgindir. Xames oyun təcrübəsinin az olmasından şikayət edir.
banner

Oxşar Xəbərlər