• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

“Real” “Barsa”ya şərik oldu, 150-yə də çatdı

26.04.18 10:40 762
“Real” “Barsa”ya şərik oldu, 150-yə də çatdı
"Real” Çempionlar Liqasının yarımfinalının ilk qarşılaşmasında Münhendə "Bavariya”ya 2:1 hesabı ilə qalib gəldi.
Kaspi.az xəbər verir ki, "Real” bu oyundan sonra ÇL-də 150 qələbə qazanan ilk klub kimi turnirin tarixinə düşüb. "Kral klubu” "Barselona”nın rekordunu da təkrarlayıb.
"Barselona” bütün avrokubok turnirlərində 306 qələbə qazanan yeganə komanda idi. İndi "Real” da ona şərik oldu. 12 dəfə Çempionlar Liqasını qazanan "kral klubu” bu il mükafatı 3-cü dəfə dalbadal əldə edə bilər.
banner

Oxşar Xəbərlər