• cümə, 29 Mart, 17:59
  • Baku Bakı 14°C

“Real” “Barsa” üçün çempionluq koridoru açacaq?

09.04.18 12:40 911
“Real” “Barsa” üçün çempionluq koridoru açacaq?
Mayın 6-da İspaniyada növbəti el klasiko keçiriləcək.
Kaspi.az xəbər verir ki, həmin vaxta qədər "Barselona” çempionluğu rəsmiləşdirərsə, "Real”ın onlar üçün koridor açıb-açmayacağı müzakirə mövzusu olub. Məsələ ilə bağlı "Real”ın kapitanı Serxio Ramos açıqlama verib:
"Çempionluq koridoru? Mən həmişə demişəm ki, məşqçimizin bütün göstərişlərinə hörmətlə yanaşmalıyıq. "Barselona” bizə çempionluq koridoru təşkil etmədi.
Tərəflər arasında qarşılıqlı hörmət olmalıdır. Koridor məsələsini bu qədər şişirtməyə də ehtiyac yoxdur. Bu amilin "Barsa” üçün vacib olduğunu da düşünmürəm.
Ancaq bütün hallarda, hər şey bossdan asılı olacaq. Əgər koridor təşkil etməsək, bu, onlara hörmət etməməyimiz anlamına gəlməməlidir”.
banner

Oxşar Xəbərlər