“Real” “Barsa” üçün çempionluq koridoru açacaq?
Mayın 6-da
İspaniyada növbəti el klasiko keçiriləcək.
Kaspi.az xəbər
verir ki, həmin vaxta qədər "Barselona” çempionluğu rəsmiləşdirərsə, "Real”ın
onlar üçün koridor açıb-açmayacağı müzakirə mövzusu olub. Məsələ ilə bağlı
"Real”ın kapitanı Serxio Ramos açıqlama verib:
"Çempionluq
koridoru? Mən həmişə demişəm ki, məşqçimizin bütün göstərişlərinə hörmətlə
yanaşmalıyıq. "Barselona” bizə çempionluq koridoru təşkil etmədi.
Tərəflər
arasında qarşılıqlı hörmət olmalıdır. Koridor məsələsini bu qədər şişirtməyə də
ehtiyac yoxdur. Bu amilin "Barsa” üçün
vacib olduğunu da düşünmürəm.
Ancaq bütün
hallarda, hər şey bossdan asılı olacaq. Əgər koridor təşkil etməsək, bu, onlara
hörmət etməməyimiz anlamına gəlməməlidir”.