• şənbə, 20 Aprel, 08:54
  • Baku Bakı 14°C

“Real” 150 milyonluq təklifə “yox” dedi

25.05.18 14:15 933
“Real” 150 milyonluq təklifə “yox” dedi
"Real” Marko Asensioya görə iki cəlbedici təklif alıb.
Kaspi.az xəbər verir ki, Asensio üçün 150 milyon avro təklif olunub. Bu barədə məlumatı futbolçunun agenti Qoratsio Qaxioli verib. O, Markonun "Real”a keçməzdən əvvəl "Barselona” ilə müqavilə bağlamaq şansının da olduğunu açıqlayıb:
"Madrid klubu Asensioya görə Premyer Liqadan iki təklif alıb. Hər iki təklif 150 milyon avro dəyərində idi. Ancaq "Real” onlara "yox” cavabı verib. Çünki Asensionun parlaq gələcəyi var.
Hə, Asensionun "Real”dan əvvəl "Barsa”ya keçmək şansı vardı. "Barselona”nın prezidenti Xosep Bartomeu səhv etdiyini yaxşı bilir. Florentino Peres onu qabaqladı”.
banner

Oxşar Xəbərlər