• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Razvandaband meşəbəyliyində yanğın tam söndürülüb

24.07.14 15:45 1394
Razvandaband meşəbəyliyində yanğın tam söndürülüb
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlamış, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın 24 iyul 2014-cü il tarixində saat 12 radələrində tam söndürülüb. Bu barədə “Kaspi”yə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, yüksək dağlıq ərazini əyə məlumatı hatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranmışdı. Artıq ETSN-nin və FHN-nin qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub. Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər