• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Razılaşdılar - Venger İtaliyada işləyəcək

06.11.18 11:20 772
Razılaşdılar - Venger İtaliyada işləyəcək
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin işsiz günləri başa çatır.
Kaspi.az xəbər verir ki, Venger yaxın vaxtlarda İtaliya A seriyasında çalışmağa başlayacaq. O, "Milan”la razılıq əldə edib.
"Milan” rəhbərliyi bir müddət onunla danışıq aparıb və fransız mütəxəssislə razılıq əldə edib. Vengerin "Milan”a gəlməsində klubun sahibi olan Sinqer ailəsinin təkid etdiyi bildirilir. Pol və Qordon Sinqerlər Vengerin vaxtında "Arsenal” azarkeşləri olublar. Sinqer ailəsi "Elliott Management” kompaniyasının sahibidirlər.
Bir faktı da xatırladaq. Uzun illər Vengerlə "Arsenal”da birgə işləmiş İvan Qazidis bu mövsümün gedişində "Milan”a icraçı direktor təyin edilib.
banner

Oxşar Xəbərlər