• cümə, 26 Aprel, 00:33
  • Baku Bakı 16°C

Razılaşdılar - Sabah tibbi baxışdan keçir

11.07.17 14:35 1060
Razılaşdılar - Sabah tibbi baxışdan keçir
"Yuventus” "Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kostanı heyətə cəlb etməyə çox yaxındı.
Kaspi.az xəbər verir ki, klublar arasında razılıq əldə olunub. "Yuventus” Kostanı icarəyə götürəcək. İcarə üçün ildə 6 milyon avro ödəniləcək.
İcarə müddəti başa çatdıqdan sonra isə 40 milyon avro ödəyərək, futbolçunun transfer hüququna sahib olacaq. Braziliyalının Turin klubunda illik məvacibi 9 milyon avro olacaq.
Onun iyulun 12-də tibbi baxışdan keçəcəyi bildirilir. Kosta "Bavariya”ya 2015-ci ildə "Şaxtyor”dan keçib.
banner

Oxşar Xəbərlər