• cümə, 29 Mart, 19:24
  • Baku Bakı 14°C

Razi Nurullayev yeni AXCP yaratdı

19.08.15 14:11 1472
Razi Nurullayev yeni AXCP yaratdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev eyni adla partiya yaratdığını elan edib.
APA-nın xəbərinə görə, R. Nurullayev bu gün keçirdiyi mətbuat konfransında AXCP-nin hazırkı sədri Əli Kərimlinin apardığı siyasətə qarşı çıxdığını və onun partiyanı avtoritar üsullarla idarə etdiyini vurğulayıb. R. Nurullayev qeyd edib ki, Ə. Kərimli xarici qüvvələrin əlində oyuncağa çevrilib və milli maraqları satır: “Bu baxımdan biz AXCP rəhbərliyinə iddialıyıq. Partiyanın möhürünü və sədrliyi Əli Kərimlidən alacağıq. Əsl AXCP bizik. Bütün cəbhəçiləri hazırkı AXCP-dən uzaqlaşmağa və bizim ətrafımızda birləşməyə çağırıram”.
Partiyanın təşkilat komitəsinin sabiq sədri Rafiq Daşdəmirli də R. Nurullayevin fikirlərini dəstəkləyərək, Ə. Kərimliyə qarşı çıxıb.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə APA-ya açıqlamasında bildirib ki, R. Nurullayev sifariş yerinə yetirən adamdır: “Onun AXCP adına iddia etməyə nə hüquqi, nə də mənəvi haqqı var. Onun ətrafında olan adamlar da partiya sıralarından istefa vermiş insanlardır. Razi Nurullayev kimiləri AXCP adına iddia etmək iqtidarında olan adamlar deyillər”.
banner

Oxşar Xəbərlər