• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

Rayonlarda yağış, sulu qar, qar yağacaq

02.12.16 12:41 802
Rayonlarda yağış, sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında dekabrın 3-dəhavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər