• cümə, 19 Aprel, 00:59
  • Baku Bakı 18°C

Rayondan Bakıya gələn mikroavtobus aşdı, yaralılar var

26.07.13 16:21 1375
Rayondan Bakıya gələn mikroavtobus aşdı, yaralılar var
APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Ucar marşrutu üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil, hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər