• çərşənbə, 24 Aprel, 15:26
  • Baku Bakı 27°C

Rayon sakinləri kredit problemindən danışdılar

29.07.17 18:17 581
Rayon sakinləri kredit problemindən danışdılar
Bankdan kredit götürüb sonradan qaytarmaqda çətinlik çəkən xeyli vətəndaş var. Statistika göstərir ki, belə vətəndaşların sayı bölgələrdə də az deyil. Bəzən yaranan problemlərdə vətəndaşların özlərinin də məsuliyyəti olur. Əsas problem isə maliyyə institutlarının işi ilə kifayət qədər məlumatın olmaması ilə bağlıdır. Belə ki, real gəlirlərini nəzərə almayan, kredit faizini qaytara bilib-bilməyəcəyini təhlil etməyən vətəndaşlar yüksək miqdarda və yuxarı faizlərlə kredit götürməkdən çəkinməyiblər. Hətta çox hallarda krediti lazımi istiqamətdə xərcləməyiblər, hansısa iş təşkil etmək əvəzinə bu məbləği mal-məhsul almağa xərcləyiblər.
Salyan və Lənkəranda Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü ilə keçirilən regional tədbirlər məhz bu məsələlərə həsr olunub. Görüşdə iştirak edən yerli bank nümayəndələri əhali ilə birbaşa diskussiya zamanı vətəndaşları narahat edən sualları cavablandırıblar. Tədbirlərdə iqtisadçı ekspertlərlə yanaşı, yerli İcra Hakimiyyətlərinin nümayəndələri, tələbələr və bölgə sakinləri iştirak ediblər.
Qeyd olunub ki, 2008-ci ildən etibarən əksər dünya ölkələrini bürüyən qlobal maliyyə böhranı dünyanın bir parçası olan Azərbaycana da təsirsiz ötüşməyib. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda büdcə gəlirlərinin azalmasına səbəb olub. Ölkədəki özəl bankların bir qismi itkilərə məruz qalıb. bank sektorundakı problemlər isə ilk növbədə bankların istehlakçılarına - müştərilərə təsir edib.
Görüş AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihə çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi maliyyə savadlılığı sahəsində görülmüş işlərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, deputatlar və iqtisadçılarla müsahibələrin köməyilə bu sahədə qanunvericilikdəki boşluqların müəyyən edilməsi, maarifləndirici tədbirlərin təşkilindən ibarətdir. Layihə çərçivəsində mediada bu mövzuya dair silsilə yazıların dərci də nəzərdə tutulub.



banner

Oxşar Xəbərlər