• cümə axşamı, 25 aprel, 10:01
  • Baku Bakı 14°C

Rauf Mirqədirovun atası Azərbaycan prezidentinə müraciət edib

23.04.14 10:51 1099
Rauf Mirqədirovun atası Azərbaycan prezidentinə müraciət edib
Jurnalistin atası Həbibulla Mirqədirov ölkə başçısına ünvanladığı məktubda yeganə oğlunun həbsindən sarsıntı keçirdiyini qeyd edib, onun həbsdən azad edilməsini xahiş edib: “Möhtərəm Prezident, oğlum dövlətini, vətənini, millətini sevən insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm.
Möhtərəm Prezident, demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki, yazılarında səhv hesab etdiklərimizi mən də, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm Prezident, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam.
Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizə oğlumuza qovuşdurun. Ümidimiz sizədir!”/apa/
banner

Oxşar Xəbərlər