AZE | RUS | ENG |

Rauf Hacıyevin mahnılarından ibarət konsert təşkil olunacaq

Rauf Hacıyevin mahnılarından ibarət konsert təşkil olunacaq
Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, "Qaya” qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan "Sevgilim”, "Mənim Azərbaycanım”, "Lirik mahnı”, "Bahar gəlir”, "Sevimli şəhər”, "Bakı haqqında mahnı”, "Leyla”, "Neft daşlarında”, "Ceyran” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000