• cümə, 19 Aprel, 06:49
  • Baku Bakı 13°C

Rauf Arifoğlu: “İctimai Palata öz həyatını və fəaliyyətini bitirib”

22.01.14 16:06 1306
Rauf Arifoğlu: “İctimai Palata öz həyatını və fəaliyyətini bitirib”
“AXCP və Müsavat Partiyasının olduğu bütün formatlar iflas edib. Bu baxımdan İctimai Palatanın bundan sonra saxlanılması və fəaliyyət göstərməsi qeyri-mümkündür”.
Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
R.Arifoğlu bildirib ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvləri istəsələr, bu formatın bir qismini fərqli bir formata transformasiya edə bilərlər: “Yəni bir klub, beyin mərkəzinə çevirərək saxlaya bilərlər. Ancaq mən bunu da ehtimal etmirəm. Hesab edirəm ki, İctimai Palata ləyaqətli siyasi həyat yaşayaraq həyatını və fəaliyyətini bitirib. Bunun rəsmən elan edilməsinə gəlincə, bu, artıq İctimai Palatanın Koordinasiya Şurasının dönəm sədri olan Müsavat Partiyasının başqanı İsa Qəmbər, eyni zamanda Koordinasiya Şurasının digər üzvlərinin təşəbbüsü ilə ola bilər. İnanmıram ki, bundan sonra İctimai Palata ilə bağlı hər hansı ləyaqətli dəfn mərasimi keçirmək mümkün olsun. Amma hər halda, buna təşəbbüs göstərmək mümkündür. Mən İctimai Palata ilə bağlı təşəbbüslərlə çıxış etmişəm, ancaq bunu mətbuata açıqlamaq istəmirəm”.
banner

Oxşar Xəbərlər