• çərşənbə axşamı, 19 mart, 14:42
  • Baku Bakı 8°C

Rasim Cəfərin “İntəhası”

10.01.19 14:30 2126
Rasim Cəfərin “İntəhası”
"İntəhası”ını Respublikanın Əməkdar artisti, teatr və kino aktyoru Rasim Cəfər deyəcək.

1. Cavid Təvəkkül 2010-cu ildə Rasimi yaratdı. İntəhası... Rasimi 2007-ci ildə Asif Rüstəmov Anar kimi yaratmışdı. Cavid bir az özünəməxsus əlavələr elədi, nələrisə dəyişdi...
2. Yunus Əmrə deyir ki, əgər sən tam dağılmasan, heç kim səni yenidən inşa etməyəcək. İntəhası... adamda gərək dağılmaq istəyi, iradəsi ola. Və yaxud dağıtmaq. Çünki Nitşe də deyir ki, yeni məbəd tikmək üçün köhnəni alt-üst etmək lazımdır.
3. İzləyiciyə nə göstərsən, onu da izləyəcək. İntəhası... gərək adına, özünə layiq nələrsə göstərəsən.
4. Tamaşanın ən maraqlı hissəsi "paklon”dur. İntəhası... belə tamaşalarda paklona qədər dözmək olmur.
5. Dünya salamat olsaydı, incəsənətə də ehtiyac olmazdı. İntəhası... incəsənət ruhun ehtiyacıdır, nə qədər salamat da olsa, ruh bir səbəb tapacaq.
6. "Vallah, biz Kanna düşə bilərik”. İntəhası... Kann bizə düşmür... Biz çox ağıllı zadlar düşünürük.
7. Musiqi narkotik kimidir, insanı uyuşdurub aldadır. İntəhası... adam bu aldanmaqdan zövq alır. Ümumiyyətlə, insan yalana vurğundur, onsuz yaşaya bilməz. Heç kim aldatmasa da, özü özünü aldadacaq.
8. "Uşaqlar ağlarsa, ağlasın onların gözündə su var, göz yaşı hələ ki, yoxdur…” İntəhası... o suyu da israf etmək olmaz, onun hər damlası bir zərdir.
9. Günəş işığını görmək istəyən birinci gözünü silməlidir. İntəhası... gərək əvvəlcə bunu başa düşəsən, problemin gözündə olduğunu anlayasan və ən əsası günəş işığı sənə lazımdırmı? Bunu dəqiqləşdirmək gərək.
10. İradə olan yerdə çıxış yolu da var. İntəhası... bir də görürsən, hər şey var, istək yoxdur.
banner

Oxşar Xəbərlər