AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rasim Balayev səhhətindən danışdı

Rasim Balayev səhhətindən danışdı

Təfsilat
06 Dekabr 2012, 11:25 1564
Azərbaycanın xalq artisti Rasim Balayev gözündə problem yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bir müddət öncə gözündə problem yaransa da, artıq hər şey qaydasındadır: “Gözümdə ağrılar başlamışdı. Mirvari suyu gəlirdi. Bu, çox adamlarda rast gəlinən haldır. Həkimlər iki dərman yazdılar. Onu gözümə tökürdüm. İndi keçib gedib. Həkimlər bildirdilər ki, zərurət yaranarsa, katarakta cərrahiyyəsi həyata keçirəcəklər. Amma hazırda əməliyyat olunmağım mütləq deyil”.

Qeyd edək ki, bu gün xalq artistinin bir gözünün tutulması və gələn həftə əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb.