• cümə axşamı, 18 aprel, 11:30
  • Baku Bakı 12°C

Rasim Balayev Rusiyadakı “oğlu“ndan danışdı

23.09.14 15:38 2390
Rasim Balayev Rusiyadakı “oğlu“ndan danışdı
İki gün öncə "Babək" filmində baş qəhrəman Babəkin və onun həyat yoldaşı Zərnisənin oğlu Buğdayı oynayan aktyor Məhəmməd Verdiyevin fotolarını təqdim etmişdik. R.Balayev bu gün publika.az-a açıqlama verərək “oğlu”ndan danışıb.
Sənətkar “Buğda”yı son dəfə bir neçə il öncə gördüyünü bildirib: “Məhəmmədi bir müddət əvvəl Bakıya gələndə görmüşdüm. Onu bu yaxınlarda bir rus filmində gördüm. Ruslar Türkiyədə nəsə çəkmişdilər. Məhəmməd də orada oynayırdı. “Babək” filmi onun kino sahəsində ilk işi idi”.
R.Balayev Məhəmməd Verdiyevin hazırda Tverdə yaşadığından xəbərdar olduğunu deyib: “Bildiyimə görə “Rusiyanın Tver vilayətində yaşayır. “Orada tikinti işləri ilə məşğuldur”.
Qeyd edək ki, 1979-cu ildə lentə alınmış bu filmdə Amaliya Pənahova (Zərnisə) Rasim Balayevin (Babək) həyat yoldaşı rolunu oynayır.
banner

Oxşar Xəbərlər