• cümə, 19 Aprel, 01:45
  • Baku Bakı 18°C

Ramosla ciddi qarşıdurmaları olub

09.06.20 14:30 706
Ramosla ciddi qarşıdurmaları olub
"Real”ın sabiq həkimi Xesus Olma komandanın kapitanı Serxio Ramosla münasibətləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Olma Ramosla yola getmədiyini etiraf edib. O, kapitanın, onun bəzi metodlarını bəyənmədiyini deyib:
"Ramosla mənim aramda ciddi qarşıdurma vardı. O da mənim kimidir, bir şeyi bəyənmirsə, bunu açıq deyir. Ramos mənim bəzi metodlarımı yersiz hesab edirdi. Bunun nəyə görə lazım olduğunu desəm də, fikrindən dönmürdü.
Amma onu da deyim ki, hər birimizin fikri qarşılıqlı hörmətə əsaslanırdı. Buna baxmayaraq, onun iradəsinə tabe olmurdum. Anlaşılmazlıqlarımız oldu, amma bu, bizim peşə münasibətlərimizi peşəkar səviyyəyə qaldırdı. İndi də əlaqələrimiz var. Ramos tanıdığım mütəxəssislərlə işləyir. Ona kömək lazım olsa, məsləhət verməyə həmişə hazıram”.
banner

Oxşar Xəbərlər