• cümə axşamı, 18 aprel, 18:43
  • Baku Bakı 21°C

Ramos toyuna “Barsa”dan kimləri çağırıb?

13.06.19 12:15 718
Ramos toyuna “Barsa”dan kimləri çağırıb?
"Real”ın futbolçusu Serxio Ramosun toyu olacaq.
Kaspi.az xəbər verir ki, artıq toya dəvət edilən qonaqlardan bəzilərinin adları məlumdur. Ramosun tioyunda "Barselona”dan da təmsilçi olacaq.
"Kral klubu”nun kapitanı Pikeyə və onun həyat yoldaşı Şakiraya dəvət göndərib. Onlardan savayı, Jordi Alba ilə Serxio Buskets də toyda olacaqlar. Toyda "Real”ın prezidenti Florentino Peres, baş məşqçisi Zinəddin Zidan, futbolçulardan isə Lukas Vaskes, Luka Modriç, Keylor Navas iştirak edəcəklər.
İspaniya yığmasının sabiq baş məşqçisi Visente del Boske, yığmanın hazırkı çalışdırıcısı Luis Enrike, "Real”ın sabiq futbolçuları Roberto Karlos, Raul Qonsales, Fernando Yerro, Ronaldo, Devid Bekhem və İker Kasilyas da toya dəvət olunanlar arasındadırlar.
banner

Oxşar Xəbərlər