• cümə axşamı, 25 aprel, 08:18
  • Baku Bakı 14°C

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib

13.02.18 12:28 1731
Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib
Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynlibildirib ki, Ramiz Rzayev uzun müddət nəinki məhkəmə sistemində, o cümlədən prokurorluq orqanlarında peşəkar fəaliyyəti ilə daim nümunə göstərib, hüquq sisteminə ciddi töhfələr verib: "Buna görə də Məhkəmə Hüquq Şurasının onunla bağlı qəbul etdiyi qərarı cənab prezident dəstəkləyib vəMilli Məclisə təqdim edib”.
Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də MM-də təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
banner

Oxşar Xəbərlər