AZE | RUS | ENG |

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib
Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılıb. 
 
APA-nın məlumatına görə, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev uzun müddət nəinki məhkəmə sistemində, o cümlədən prokurorluq orqanlarında peşəkar fəaliyyəti ilə daim nümunə göstərib, hüquq sisteminə ciddi töhfələr verib: "Buna görə də Məhkəmə Hüquq Şurasının onunla bağlı qəbul etdiyi qərarı cənab prezident dəstəkləyib və Milli Məclisə təqdim edib”.
 
Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də MM-də təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olunub.
 
Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000