Ramiz Mirişlinin mahnılarından ibarət konsert keçiriləcək
Aprelin
5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq
artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı
keçiriləcək.
Konsertdə Respublikanın Xalq artistləri
Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova,
Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət
İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva,
Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir
Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva
və "Sevil” qrupu iştirak edəcəklər.
Gecədə bəstəkarın "Bir
könül sındırmışam”, "Dalğalar”, "Sənsən”, "Səni tapdı”, "Oxu bülbül”, "Səadət”,
"Əlvida”, "Qızıl gülüm”, "Bir xumar baxışla”, "Yandım elə yandım”, "Gülandam” və
s. sevilən mahnıları səsləndiriləcək.
Biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri www.iticket.az
saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə
bilərsiniz.Əlaqə
nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Xəyalə