• cümə, 19 Aprel, 20:54
  • Baku Bakı 24°C

Ramiz Mehdiyevin kitabı polyak dilində

06.04.16 12:02 792
Ramiz Mehdiyevin kitabı polyak dilində
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Polşada çap olunub.

APA-nın məlumatına görə, polyak dilində çap olunan kitabda 2003-2013-cü illərdə Azərbaycanda yürüdülən siyasət, ideologiya, iqtisadiyyat, sosial həyat, mədəniyyət və təhsil sahələrində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan nailiyyətlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri (ASAN xidmət) haqqında geniş məlumat verilir.
Müəllif qeyd olunan illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salır, dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən mütərəqqi dəyişikliklər və həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edir.
Kitab Polşanın Torun şəhərindəki “Adam Marşalek” Nəşriyyat Evi tərəfindən çap olunub.
banner

Oxşar Xəbərlər