• şənbə, 20 Aprel, 12:13
  • Baku Bakı 23°C

Ramiz Mehdiyev: “Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

24.04.18 17:28 710
Ramiz Mehdiyev: “Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”
"Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”.

APA-nın ATV-yə istinadən verdiyi xəbərə görə, bunu AzərbaycanPrezident Administrasiyasının (PA) rəhbəri, akademikRamiz MehdiyevDövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

PA rəhbəri Azərbaycan prezidentiİlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: "Möhtərəm prezident hesab edir ki,Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır.Dövlət Miqrasiya XidmətiAzərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. ƏgərDövlət Miqrasiya Xidmətihörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.
banner

Oxşar Xəbərlər