• şənbə, 20 Aprel, 01:55
  • Baku Bakı 15°C

Ramiz Mehdiyev MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin görüşündə məruzə ilə çıxış edib

22.11.17 18:08 2204
Ramiz Mehdiyev MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin görüşündə məruzə ilə çıxış edib
Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev Moskvada şəhərində keçirilən MDBdövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

APA-nın məlumatına görə, görüşdəMDBməkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

R. Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycanın müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində R. Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.
banner

Oxşar Xəbərlər