• şənbə, 20 Aprel, 02:21
  • Baku Bakı 15°C

Ramiz Həsənov: "940 milli standartın 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb"

12.04.17 11:50 913
Ramiz Həsənov: "940 milli standartın 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb"
"Bu gün hökumətin qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı və bundan irəli gələn məsələlərin həllidir. Qeyri-neft sektorunun ixrac potensialının inkişafı keyfiyyət infrastrukturunun inkişafından asılıdır". "APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədriRamiz Həsənovbildirib.
Onun sözlərinə görə, ixrac potensialının gücləndirilməsi sektorun inkişafı baxımından əsas məsələdir. "İxracın təmin edilməsi üçün məhsul və istehsal sahələri olmalıdır. Bunun üçün dövlət tərəfindən böyük işlər görülüb və görülməkdədir. Dövlət tərəfindən infrastruktur baxımından yollar və elektrik şəbəkələri təmin olunub. İş adamları bu infrastrukturdan yararlanmalı, istehsal olunan məhsulu xarici bazarlara ixrac etməlidir. İkinci vacib məsələ istehsal olunan məhsulların ixrac olunan ölkələrin normativ sənədlərinə uyğun olmasıdır. Komitə tərəfindən bu gün bununla bağlı böyük islahatlar aparılır. Biz bu islahatlara 2008-ci ildən başlamışıq. İlk növbədə biz islahatların uyğunlaşdırılması məsələsinə başlamışdıq. 2008-ci ildəAvropa İttifaqıilə "Tvininq" layihəsini həyata keçirdik. O zaman avropalı ekspertlərin köməyi ilə "Standartlaşma haqqında" qanun hazırladıq. Bundan başqa, "Texniki reqlament" haqqında qanun da hazırlanıb hökumətə təqdim olunmuşdu. Təbii ki, o vaxtdan müəyyən zaman keçib, dəyişikliklər olub. "Texniki reqlament haqqında" qanun artıq bu yaxınlarda hökumətə təqdim olunub. İnanıram ki, tezliklə bu qanun qəbul olunacaq. Qanunun qəbul olunması o deməkdir ki, dövlət bundan sonra texniki reqlamentlər qəbul edəcək və məhsulun yalnız texniki təhlükəsizliyini təmin edəcək texniki sənədlər qəbul edəcək. Standartlar bu zaman məcburi deyil, könüllü olacaq", - R. Həsənov qeyd edib.
Komitə sədri onu da bildirib ki, "Texniki tənzimləmə haqqında" qanun hələ qəbul olunmadığı üçün standartlar hələlik məcburidir. Qurum rəhbəri əlavə edib ki, 940 milli standartın təxminən 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb.
Keyfiyyət infrastrukturunun inkişafından danışan R. Həsənov qeyd edib ki, metrologiya sahəsində ölçmələr düzgün olmazsa məhsulun təhlükəsizliyindən söhbət gedə bilməz: "Bu sahədə də biz Avropa ittifaqı ilə "Tvininq” layihəsi həyata keçirmişik. Milli etalon baza yaradılıb və bu iş davam edir. Metrologiya sahəsində Azərbaycan beynəlxalq təşkilatlara qəbul olunub. Bu da bizim ölçmələrin tanınmasına xidmət edir. Ölçmələrin tanınması isə məhsulun ixracına birbaşa olmasa da dolayısı ilə təkan verir. Eyni zamanda, keyfiyyət infrastrukturunun digər vacib atributu akkreditasiya sistemidir. Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilatlarla sıx əlaqədədir. Hələlik, çox təəssüf ki, biz bu təşkilatların üzvü deyilik. Bizim akkreditasiya olunmuş laboratoriyaların verdiyi sənədlər çox ölkədə tanınmır. Biz bu işə başlamışıq. 2017-ci ildə yenidənAvropa İttifaqıilə "Tvininq” layihəsi nəzərdə tutulub. Məqsəd bizim Akkreditasiya Xidmətinin, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, Akkreditasiya Xidmətinin işinin tanınmasından ibarətdir".
banner

Oxşar Xəbərlər