• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Ramin Musayev: “Futbolçuların maaşlarını yığıb ev almışam”

08.11.13 13:17 1375
Ramin Musayev: “Futbolçuların maaşlarını yığıb ev almışam”
“Sentyabrın ən yaxşı futbolçusu mükafatının gecikməsi Azərbaycan Superkubokuna hazırlıqla bağlı oldu”. Lent.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, sentyabrın ən yaxşı futbolçusu və qolunun, oktyabrın isə ən yaxşı qolunun müəllifi kimi azərbaycanlı futbolçulardan Əfran İsmayılovla Rauf Əliyevin layiq görülməsini sevindirici hal adlandırıb: “Mənim üçün sevindirici haldır ki, millimizin 2 oyunçusu mükafata layiq görülüblər. Sözsüz ki, “Qarabağ”ın oyunçusu Reynaldo Silva da layiqlidir. Onun sərgilədiyi və vurduğu qollar bizim çempionat üçündür. Azərbaycanlı futbolçuların millinin də oyunçuları olmaları mənim üçün ikiqat sevindiricidir. Hamımız xahiş edək ki, bu uğurlarınızı mövsümün sonunadək davam etdirəsiniz. Əfsuslar olsun ki, stadionlarımızda məhz oyunçulara görə azarkeşlər yox səviyyəsindədir. Stadionlara gələn azarkeşlərimizin həm “Əfran”a, həm də “Rauf”a görə gəlməsinə sevinərəm. Amma nə klublarımızda, nə də PFL-də marketinq işi yaxşı işləmir. Amma özünüz də nə isə edə bilərsiniz. Mən “Neftçi”də vitse-prezident kimi işlədiyim vaxt oyunçulara deyirdim ki, futbolçu ömrünün qısalığından istifadə edəin. Mən futbolçuların maaşlarını yığıb ya özlərinə ev, ya da bir obyekt almışam, açarlarını da onlara vermişəm. Onlar da bunu razılıqla qarşılayıblar”.
banner

Oxşar Xəbərlər