AZE | RUS | ENG |

Ramin Hacılı Gürcüstana qaçmaq istəyərkən sərhəddə tutulub

Ramin Hacılı Gürcüstana qaçmaq istəyərkən sərhəddə tutulub
Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.
 
İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.
 
F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.
 
R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
 
Saxlanılmış şəxslər barəsində Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000