• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Ramilya Əliyeva Gürcüstanın energetika naziri ola bilər

10.05.13 18:59 1584
Ramilya Əliyeva Gürcüstanın energetika naziri ola bilər
”Baş nazir Bidzina İvanişvili nazirliklərdən birinin rəhbəri vəzifəsinə milliyətcə azərbaycanlı olan Ramilya Əliyevanı təyin etməyi planlaşdırır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Praymer" informasiya agentliyinə “Gürcü Arzusu” koalisiyasından bildirilib. Agentliyin məlumatına əsasən, “Gürcüstanın Energetika və Təbii Resurslar naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilya Əliyeva onun yerinə keçəcək”.
Qeyd edək ki, Ramilya Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Hazırda R. Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.
banner

Oxşar Xəbərlər