AZE | RUS | ENG |

Ramil Usubov: Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır

Ramil Usubov: Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır
Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir qeyd edib ki, son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır: "Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib. Cinayətlərin orta hesabla açılması 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.

R.Usubov qeyd edib ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində bir daha özünü göstərir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191