• cümə, 26 Aprel, 17:54
  • Baku Bakı 23°C

Ramil Usubov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikerini qəbul edib

01.08.17 12:40 1177
Ramil Usubov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikerini qəbul edib
Daxili işlər naziri, general-polkovnikRamil UsubovAzərbaycandasəfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə R. Usubov ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Daha sonra Azərbaycanda müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzünün doğurduğu ağır nəticələr, vətəndaş müharibəsi təhlükəsi, kriminogen durumun nəzarətdən çıxması, Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyətdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və hüquqi-demokratik islahatlar barədə qonağa məlumat verilib.
Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.
Qbula və ətraflı məlumata görə daxili işlər nazirinə minnətdarlıq edən Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
banner

Oxşar Xəbərlər