AZE | RUS | ENG |

Ramil Səfərov evləndi

Ramil Səfərov evləndi
Paytaxtın tanınmış restoranlarının birində təşkil olunmuş toy məclisində məhdud sayda qonaqlar iştirak edib

Macarıstanda ömürlük həbs olunan, sonradan Azərbaycana ekstradisiya olunan və əfv olunaraq azadlığa çıxan Milli Ordunun zabiti Ramil Səfərov ailə həyatı qurub. Lent.az-ın məlumatına görə, paytaxtın tanınmış restoranlarının birində təşkil olunmuş toy məclisində məhdud sayda qonaqlar iştirak edib. Sevib-seçdiyi Şəbnəm Gülməmmədova ilə ailə həyatı quran zabitimizin toy mərasiminin keçirildiyi məkanda səhər saatlarından təhlükəsizlik tədbirləri gücləndirilib. Mərasimi xalq artisti Arif Babayev açıb. Daha sonra tanınmış müğənnilərdən Vasif Məhərrəmli, Sevda Yəhyayeva, Manaf Ağayev, muğam ifaçısı İlkin Əhmədov və digər estrada ulduzları çıxış edib. Hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi “Cənab leytenant” mahnısı isə toya xüsusi maraq qatıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949