• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu

10.08.18 10:00 848
Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu
Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.
Xatırladaq ki, Ramil Quliyev 2017-ci ildə London Dünya Çempionatında da eyni məsafəyə qaçışda qızıl medal qazanıb.
banner

Oxşar Xəbərlər