Ramazan – müğənnilərin gəlirsiz ayı
Azərbaycanda hər il Hicri təqvimi ilə Ramazan və Məhərrəm aylarında adətən toy şənlikləri keçirilmir. Baxmayaraq ki rəsmi dini qurumlardan da bildirilib ki, müqəddəs Ramazan ayının matəmlə heç bir əlaqəsi yoxdur. Amma Ramazanda, eləcə də may ayında, digər dini bayramlarda toyların, el şənliklərinin keçirilməməsi restoran sahibləri və bir də əsas gəlir mənbəyi toylar olan şou-biznes nümayəndələri üçün ən çətin dövrlər hesab olunur. Bununla yanaşı, bəziləri şəxsi biznesi olduğu üçün belə vaxtlarda ciddi narahatlıq keçirmir, qalanları da ilin digər dövrlərində toylardan yığdığı pullarla dolanır.
Görəsən, toyların keçirilmədiyi vaxtlarda müğənnilərin büdcəsinə nə qədər zərər dəyir? Onlar belə aylarda nə ilə məşğul olurlar? Bu sualları toy şənliklərində daha çox iştirak edən bir neçə müğənniyə ünvanladıq.
Durum toy gözləyim?
İfaçı Əlikram Bayramov söhbətimiz zamanı pul qazanmaq üçün ümidini toylara bağlamadığını, el şənliklərindən əlavə şəxsi bizneslə də məşğul olduğunu söylədi: “İslam dini kimi gözəl din yoxdur. Ramazan ayında oruc tutmaq, Quranda yazılanlara əməl etmək hamımızın borcudur. Axı biz müsəlman ölkəsiyik. O ki qaldı Ramazan ayında toyların azlığına, bir ay toylar, el şənlikləri keçirilməsə, heç kim acından ölməz. Hər bir müsəlman nəfsinə hakim olmağı bacarmalıdır. Toylara ümid bağlamadığım üçün xüsusi təsərrüfat işi ilə məşğul oluram. Şəxsi biznes deyəndə mən bunu nəzərdə tuturam. Mənim başqa biznesdən başım çıxmır, yəni özümə obyekt açım, nəyəsə yatırım edim ki, toya getməyəndə ondan istifadə edə bilim. Rayonumuzda parniklərdə tərəvəz əkirik. Qışda xiyar, pomidor, yayda isə başqa tərəvəzlərin becərilməsi ilə məşğul oluram. 5-10 manat toydan qazanıramsa, bir az da həmin məhsulların satışından xeyrim olur. Bunu deməkdən utanmıram, onsuz da hamı bilir ki, mən kəndçi balasıyam. Rayonda qoyunumuz, inəyimiz var, toylar olmayanda bunlarla dolanıram. Hərənin bir şeydən başı çıxır, mən də bu işdən anlayıram. Bu il 30 hektar tərəvəz əkmişəm. Onsuz da mən toylara çox getmirəm. Qardaşımla birgə parnik işi ilə məşğul oluram. Hazırda torpağımda günəbaxan əkmişəm. İki parnikim var. Onun uzunluğu 85 metr, eni isə 8 metrdir. Artıq sentyabrda əkinə başlayacağıq. Həmin parnikdə 21 işçim çalışır, yəni oradan 21 ailə dolanır. Həftədə 2-3 dəfə toya gedirəm, onda da dost-tanış hörmət edir. İndi mən dolanmaq üçün durum toyumu gözləyim? Toya dəvət edirlər, sağ olsunlar. Bəs etməsələr nə edə bilərəm ki? Sizin vasitənizlə həmkarlarıma səslənirəm ki, ay toya gedən müğənnilər, toya elə də ümidinizi bağlamayın, özünüzə dar gündə köməyə gələ biləcək iş tapın”.
Əməkdar artisti Ədalət Şükürov oruc tutmadığını, hazırda havanın isti keçdiyini və yayda oruc tutmağın çətin olduğunu bildirdi: “Hər kəsin bayramını təbrik edirəm. İstilərə görə oruc tuta bilmirəm. Biznesə gəlincə isə, 7-8 ildir ki, bizneslə məşğul olmuram. Tutalım ki, 20 toya gedirəm, onlardan 10-nu pulludursa, 10-da da pulsuz iştirak edirəm. Dost-tanışın toyuna pulla getmirəm. Bir il ərzində hər gün toylara getmirik ki. Belə ki, ilin ancaq 6 ayını toylara gedirik. İnsanlar elə hesab edir ki, müğənnilər çox pul qazanır, ancaq əslində belə deyil. Kənardan elə görünür”.
Müğənni göydən düşməyib ki.
Müğənni Aslan Hüseynov bizimlə söhbəti zamanı hazırda özünü yaxşı hiss etmədiyi üçün oruc tuta bilmədiyini və oruc tutan dostlarına iftar süfrəsi vermək istədiyini söylədi: “Həmişə oruc tutanlara iftar süfrəsini evdə vermişəm. Bu il isə hansısa bir kafedə, restoranda iftar süfrəsini verməyi düşünürəm. Özümdə halsızlıq, başağrısı kimi hallar hiss etdiyim üçün oruc tuta bilmirəm, yəqin ki, Allah məni bağışlayar. Onu hansı müğənni deyir ki, orucluq ayında toylar olmadığı üçün gəlir əldə edə bilmir, yəni bu bir ayı dözə bilmir? Mən özümü şükran insan hesab edirəm. Bəlkə toya çoxlarından az gedirəm, amma yenə də şükr edirəm Allaha. Bir ay toyun olmaması zülm deyil ki... Camaat illərlə işləmir, işləyəndə də 300-400 manat pul qazanır. Orucluq ayında müsəlmanlar heç yemək də yemir, müğənni göydən düşməyib ki, o da insandır. Naşükür olmaq lazım deyil. Ramazan ayı Allahın sevimli aylarında biridir. Orucluq ayında toyların zəif olması kəlməsini ümumiyyətlə, düzgün hesab etmirəm. Belə olmaz axı”.
Hazırda bir çox həmkarları kimi nə üçün fəaliyyətinə ara verib, istirahət etmədiyi haqda sualımıza cavab olaraq A.Hüseynov sənətini sevdiyini, işləməkdən heç zaman yorulmadığını bildirdi: “Mən öz sənətimdə işləməkdən yorulmuram. Ola bilər ki, hərdən halsız oluram, baş ağrılarım olur, amma sənətdən yorulub dincəlməyə getmək bir az gülməli çıxır. Biz müğənnilər toylarda, gözəl günlərdə tamaşaçılarla görüşürük, insanların xoş günlərində iştirak edirik, onlar bizi hər zaman sevinclə qarşılayırlar. Bu hörmətin qarşısında dincəlməkmi olar? Sənətdən uzaq olan, təsadüfən gəlib sənətə düşənlər belə bir fikir səsləndirirlərsə, artıq bu onların öz problemidir. Mən sənətimlə məşğul olmaqdan yorulmuram. Sadəcə, olaraq işlədikdən sonra halsız olub, dincələ bilərəm, bu isə başqa məsələdir”.
Xuraman Şuşalı isə dinə çox bağlandığını, Ramazan ayında hər bir müsəlmanın oruc tutmasının lazım olduğunu dedi: “Hazırda analıq vəzifəmi yerinə yetirdiyim üçün oruc tutmağa icazəm yoxdur. Amma tutmadığım orucun qəzasını tutacağam. Bizim ruzimizi verən Allahdır. Allah istədiyi bəndəsinə çörəyini verir. Ramazan ayı bayram ayıdır, ona görə də bu ayda toylar olmur. Tanrı heç zaman yaratdığı bəndəsini ac qoymur. Şükürlər olsun ki, bu ayda xınayaxdıların olmamasına baxmayaraq, heç bir problemim yoxdur. Müğənnilərin bayram ayında necə dolanmalarına gəlincə isə, yəqin ki, şou proqrama getməklə dolanarlar. Mənim isə hələ ki işim yoxdur. Bilirsiniz ki, mən ancaq xınayaxdılara gedirəm, kişi olan məclisə getmirəm. Çalışıram ki, işlədiyim hər məclisdə xanımlar olsun. Hətta ofisiantlar da xanımlardan ibarət olmalıdır. Yəni istəmirəm ki, çıxış etdiyim məclislərdə naməhrəm baxışlar olsun. Özümün əlavə biznesim yoxdur”.
6 ay işləyib, 6 ay boş qalırıq
El arasında daha çox “Elitstar” Cəmilə adı ilə tanınan, hər çıxışında böyük qalmaqala səbəb olan müğənni əvvəllər orucu daimi tutduğunu, hazırda isə ancaq 3 gün oruc tuta bildiyini söylədi: “Ramazan ayı Allahın ayıdır. Bu ayda el şənlikləri, toylar olmur. Ümumiyyətlə, müsəlmanların bu əziz ayını gözləmək, toylara 1 ay ara vermək bütün ifaçıların borcudur. Hazırda istirahət edirəm. Həm də nəzərinizə çatdırım ki, təkcə Ramazan ayında deyil, 2 ay məhərrəmlik zamanı, may ayında, bir də çox isti olduğu üçün iyunda toylar, el şənlikləri keçirilmir. Musiqi sahəsində çalışanlar, müğənnilər, həmkarlarım 6 ay işləyib, 6 ay istirahət edir. İşlədiyimiz zaman pulumuzu yığıb, evdə olacağımız müddət üçün ehtiyat saxlayırıq. Müğənnilərin əsas gəliri toylardır, çünki nə albomdan, nə də konsertlərdən gəlir əldə edə bilirik. Toy olmayanda oturub evdə yığdığımızı yeyirik”.
Müğənni söhbəti zamanı yarızarafat bizə məsləhət də verdi: “Başlıq qoyun ki, müğənnilərlə musiqiçilərin həyatı ayılarınkı kimidir, 6 ay işləyib, 6 ay yatırlar. Heç bir biznesim yoxdur. Birlisinizmi, iki işlə məşğul olanda onlardan biri elə də yaxşı alınmır. Yəni əldə iki qarpız tutanda 100% onlardan biri yerə düşür. Mən də istəmirəm ki, əlimdəki qarpız yerə düşsün. İki işlə məşğul olanda insan fikrini cəmləyə bilmir”.
Məsələyə digər tərəfdən baxanda, müğənniləri toy biznesi ilə məşğul olduqları və el dilində desək, “baha qiymətə toylarda oxuyaraq insanları soyub-taladıqları” üçün qınaq obyektinə çevirmək də olmur. Çünki bu gün ifaçıların əksəriyyəti özlərinin də dediyi kimi nə albomdan, nə də konsertlərdən gəlir əldə edə bilirlər. Onlar yaradıcılıqlarına yatırım və yaşayışlarını təmin etməyin əsas yolunu toy biznesinə girişməkdə, oradan əli dolu çıxmaqda görürlər. Nə deyirik, təki, xeyir iş olsun!
Xəyalə Rəis